“İnsan üçün bundan gözəl heç nə ola bilməz…” -ADİL ƏLİYEV

20 saylı Seçki Dairəsinin qalib olan millət vəkili Adil Əliyev Dairənin seçicilərinə müraciət və təşəkkür edib.

Etikxeber.az xəbər verir ki, A. Əliyev bildirib:

“Əziz seçicilərim, mənə yenidən etimad göstərib, 20 saylı Nərimanov 2-ci seçki dairəsindən millət vəkili seçdiyiniz üçün öz dərin təşəkkürümü bildirirəm. Xüsusilə, ilk gündən yanımda olan, seçki prosesində mənə mənəvi dəstək verən qardaş və bacımlarıma sonsuz minnətdarlığımı çatdırıram. Təbliğat dövründə sosial şəbəkələrdən və mətbuatdan böyük dəstək alırdım. İnsan üçün bundan gözəl heç nə ola bilməz. Qələbəmizin əldə olunmasından qeyd etdiyim amillər böyük rol oynadı.Məni tanıyanlar bilirlər ki,mənim üçün əsas həyat xətti-düzgünlük, mərdlik və əqidə,vətənə olan sonsuz sevgi üzərində qurulub.Əvvəl necə millət vəkili kimi fəaliyyətım olubsa, bundan sonra da fəaliyyət davam edəcək. Fəxr edirəm ki,müstəqil,güclü və inkişaf edən Azərbaycan dövlətinin Milli Məclisinin üzvüyəm.

BİR DAHA HƏR BİRİNİZƏ ÖZ DƏRİN TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM. NƏ YAXŞI Kİ,VARSINIZ!”

Etikxeber.az

Read Previous

“Enerji təminatı hər bir ölkənin təhlükəsizliyi deməkdir…” -PREZİDENT “DÜBƏNDİ”NİN AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB

Read Next

MINNƏTDARLIQ – Rafael Hüseynov

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir