“İnsanlar bizdən soruşur ki…” -ELDAR İBRAHİMOV

“İnsanlar bizdən soruşur ki, torpaqların hamısı icarəyə verilib, bəs mal-qaramızı harada otaraq?”

Etikxeber.az xəbər verir ki, bu sualla parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Torpaq icarəsi haqqında” qanuna edilən dəyişikliyin müzakirəsi zamanı cəmiyyətdə yaranan narazılıqlara cavab verərkən çıxış edib.

Komitə sədri bildirib ki, mal-qaranın otarılması, örüş yerləri məsələsi ilə bağlı narazılıqlar yaranıb:

eldar-3

“Qanunda var ki, dövlət əhəmiyyətli torpaqlar sahibləri tərəfindən istifadə olunmursa, icarəyə verilməlidir. Bu problem müvafiq icra hakimiyyətinin işidir. Onlar bunu tənzimləməlidir. Həqiqətən də, torpaqlar icarəyə verildiyi üçün insanlar mal-qarasını otarmaq üçün yer tapmır. Bu məsələlərə hökumətdə baxılır. İnanıram ki, müsbət həllini tapacaq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nda dəqiqləşdirmələr aparılır…

Read Next

Yol qəzasındakı itkilər Qarabağ müharibəsindəki itkilərə bərabərdir – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir