Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mən 3 ay, yay tətili ərzində seçildiyim dairədə, insanlar, seçicilər arasında olmuşam. İnsanlar daha çox sosial məsələlərlə bağlı bizəm müraciət və şikayət edirlər. Bildirirlər ki, bizi məşğulluq mərkəzlərinə göndərirlər və bizə orada ən az maaşlı işlə təklif edirlər.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev adıçəkilən komitənin iclasında deyib.
O, qeyd edib ki, bu, artıq kütləvi hal almaqda, işə ehtiyacı olan insanlarda narazılıq doğurmaqdadır.
“Həmçinin, bildirirlər ki, həmin məşğulluq mərkəzləri onları yüksək məvacibli işlə təmin etməkdə çətinlik çəkdiklərini deyirlər. Axı, bu, nə dərəcədə düzgündür, bu, nə deməkdir? Hesab edirəm ki, bu məsələyə ciddi diqqət ayrılmalı, insanlar normal məvacibli işlərlə təmin olunmalıdırlar”-deyə, o, sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az