“İNSANLARI MƏRHƏMƏTDƏN İYRƏNDİRƏN NATAMAM TİPLƏR!” – Deputat

“Çox yaxından tanıdığım 2 nəfər var. Həmişə biri kasıb, digəri imkanlı olub. Dostluq ediblər. Uzun illər. Həmin kasıbın anası 10 il öncə bərk xəstələndi. Həkimlər tam əlini üzdülər. Amma imkanlı dost çarəsiz durumda olan dostunu tək buraxmadı. Onun xəstə anasını Türkiyəyə göndərdi, əməliyyat elətdirdi (qaraciyər transplantasiyası) və qadın xilas oldu. Bu gün də çox şükürlər olsun, yaşayır”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Elşən Muysayev öz “Facebook” statusunda yazıb.

Statusu olduğu kimi, təqdim edirik:

“Demək, 2 gün öncə həmin xeyirxah dostla oturub çay içirəm.

Qayıtdı ki, qardaş, xatırlayırsan yəqin, o, anasını əməliyyat elətdirdiyim dostum vardı e…(cavab verirəm: “Aha”) Keçən həftə məndən borca pul istədi. Verə bilmədim.

Çünki əvvəlki imkanım yoxdu. Olsa təbii, imtina eləməzdim. Amma həqiqətən yoxdur. Odur ki, necə var, elə də dedim. Və…axşam baxıram ki, məni “whatsapp”dan da, “facebook”dan da pozub.

Amma pozmadan öncə belə bir mesaj göndərib: “Adam kişi olar”.

***
P.S. Bəzən mənə kimsə deyəndə: “Atan yaxşı kişi olub, Allah rəhmət eləsin” – inanın az qalıram həmi insanın əllərindən öpüm. Ki, mənim valideynimə dəyər verdi, onun haqda xoş söz dedi.
Amma demək paralel zonada “oğlanlar” da varmış ki, hətta anasını ölümün əlindən alana qarşı belə bu formada nankorluq, vicdansızlıq (hərçənd əsl adı başqadı) etməyi bacarır. Həm də çox rahat və əxlaqsızca! Keçmişi, dünəni unudaraq!

P.S.S. İnsanları xeyirxahlıqdan, mərhəmətdən iyrəndirən bax bu cür….NATAMAM TİPLƏRDİR!”

Elşən Musayev,

Millət vəkili

Etikxeber.az

Read Previous

Nazir Litvaya nədən getdi?

Read Next

“Le Pendən əlini üzən ermənilər Makrona yol axtarır, bəs bizimkilər?..” – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir