“İnsanları soymaqla məşğuldurlar…” – DEPUTAT

“Psixoloji mərkəz adı altında yerlər açılıb ki, onlar insanları soymaqla məşğuldur”.

Etikxeber.az xəbər verir ki, bunu deputat Kamilə Əliyeva  parlamentdə “Psixoloji yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, həmin yerlərdə işləyənlərin çoxu müəyyən sertifikat almaqa insanların, xüsusilə də uşaqların gələcək taleyi ilə məşğul olurlar: “Bu da qanunazidd hərəkətlərdir. Bu cür “psixoloqlar” var. Bu əgər psixoloji mərkəzdirsə, psixoloji yardım göstərməlidir. Həmin yer müalicə məsələlərinə aid olmalı deyil. Bəziləri autizm, daun sindromu və sair bu kimi iris xəstəlikləri müalicə olunur sözü altında fəaliyyət göstərir. Buna görə əlbəttə ki, onların rəhbərləri məsuliyyət daşımalıdır. Bunlar soyğunuçuluqla məşğuldur. Bununla bağlı valideynlər bizə şikayət edirlər”.

K. Əliyeva müəllimlərin işə qəbul zamanı psixoloji testdən keçirilməsini təklif edib: “Müəllimlərin özləri də psixoloji testlərdən keçməlidir. Mətbuatda rast gəlirik ki, şagird ilə müəllim arasında xoşagəlməz hallar olur. Bir neçə dəfə olub ki, şagirdlər döyülüb. Bu baxımdan, müəllimlərin işə qəbul zamanı psixoloji testdən keçirilməsi yaxşı olardı”.

kamile_eliyeva

Etikxeber.az

Read Previous

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkətin təhlükəsizliyi təmin edilib – “Azəravtoyol”

Read Next

Psixoloji mərkəzlərin lisenziyası qeyri-qanunidir – ƏMİRASLANOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir