“İnsanların böyük əksəriyyətindən daha çox şey bilirəm, bu vəzifəyə namizədliyi irəli sürülmüş hər kəsdən daha çox təcrübəm var”-BAYDEN

İkinci müddətə yenidən seçilmək istəyən ABŞ prezidenti Co Bayden özünü bütün dövrlərin prezidentliyə ən təcrübəli namizədi adlandırıb.

Etikxeber.az-ın xəbərinə görə, Bayden bunu MSNBC-yə müsahibəsində deyib.

Yaşının çox olmasına baxmayaraq, niyə özünü yenidən seçilməyə layiq hesab etdiyini soruşduqda, 80 yaşlı ABŞ lideri “Mən insanların böyük əksəriyyətindən daha çox şey bilirəm, bu vəzifəyə namizədliyi irəli sürülmüş hər kəsdən daha çox təcrübəm var” deyib.

ABŞ prezidentinin sözlərinə görə, o, “dürüstlüyünü və səmərəliliyini sübut etdiyinə” inanır.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib.

Etikxeber.az

Read Previous

Aybəniz Haşımovanın “Sənət Akademiyası”nın Kamera və Orqan Musiqisi Zalında möhtəşəm konsert proqramı-KONSERT MƏRHUM DÖVLƏT BAŞISI HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR OLUNDU – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Vaşinqtondan ümidverici xəbər var…”-TOİVO KLAAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir