Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanda son illər turizm getdikcə inkişaf edir.Bunu hər gün ölkəmizə səfər edən turistlərin sayından da görmək olur. Eyni zamanda, Azərbaycanda əhalinin maddi rifahı artdıqca, yüksəldikcə, iqtisadiyyat inkisaf etdikcə, insanların turizm aktivliyi də artır.
Bunu Etikxeber.az-a açıqlamasında iqtisadçı millət vəkili Tahir Mirkişili deyib.
O ki qaldı azərbaycanlıların Gürcüstana səfər, xüsusilə, yay-istirahət mövsümündə oraya böyük axın etməsinə, millət vəkili qeyd edib ki, burada da qeyri-adi bir şey yoxdur.
“Çünki Gürcüstan coğrafi cəhətdən Azərbaycana ən yaxın ölkədir, turistləri cəlb edəcək turizm təklifləri var. Həmçinin, fərqli mədəniyyətə sahibdir və digər istiqamətlərlə müqayisədə daha ucuzdur.
Ancaq Azərbaycanda da əhalinin maddi rifahı yaxşılaşdıqca, iqtisadiyyat inkisaf etdikcə, insanların turizm aktivliyi də artır.Azərbaycana gələn turistlərin də sayında xeyli artım var.
Həmçinin, Azərbaycan regionda dominant iqtisadi üstünlüyə və üstün əhali sayına malikdir. Bu baxımdan, qonşu ölkələrdə turistlərin sayında azərbaycanlıların çox olması da müsbət haldır. Bundan narahatlıq keçirməyinə dəyməz”-deyə, T. Mirkişili sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az