Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
66 saylı Biləsuvar seçki dairəsi üzrə vətəndaşların qəbulunu başa vurduq. 5 gün ərzində 22 kənddə və Biləsuvar şəhərində karantin qaydalarının tələblərinə tam əməl olunmaqla, hər gün 12 saat davam etməklə, ümumilikdə 688 vətəndaşı tək-tək dinlədik.
Bunu Etikxeber.az-a millət vəkili Bəhruz Məhərrəmov deyib.
“Qəbullarımız insidentsiz, sakit tərzdə keçdi, mümkün qədər dəqiqliklə vətəndaşların tələb və şikayətlərini qeydə aldıq. Onu da qeyd edim ki, məsələlərin böyük əksəriyyəti səlahiyyətimiz xaricində olsa da, artıq bir sıra aidiyyatı qurumlarla danışıqlar aparmışıq və vətəndaşların problemlərinin həllində bizə bir neçə strukturdan kömək vəd edilib.Qəbulda iştirak edə bilməyənlərin nəzərinə çatdıraq ki, eyni proses hər ay təkrarlanacaq…”-deyə, o, əlavə edib.
Etikxeber.az