“İnter”-in futbolçularını daşıyan mikroavtobus alışdı – FOTO

Bakı-Quba yolunda avtomobil yanıb.

Etikxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“İnter” futbol klubunun futbolçularının olduğu mikroavtobus qəfildən alışıb.

Məşqçi Zöhrab Mahmudov APA-ya bildirib ki, avtobusda olan 20 futbolçudan xəsarət alan olmayıb.

Mikroavtobusa tüstü dolan kimi futbolçular maşından düşürülüb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb.

Etikxeber.az

Read Previous

Bakı-Ələt yolunda ağır yol faciəsi: Avtomobildə sıxılmış vəziyyətdə qalmış 3 cəsəd aşkarlandı

Read Next

Bugünkü hərracda dolların məzənnəsi 1,72 manata yaxınlaşdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir