İyulun 12-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə start verilib.
Etikxeber.az xəbər verir ki, ilk oyunda Bakının “İnter” futbol komandası “Dalğa Arena”da Lüksemburqun “Fola” klubunu qəbul edib.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunda bakılılar minimal hesabla qələbə qazanıblar. Oyunun taleyini həll edən qol matçın sonunda vurulub. “İnter”in heyətində Mirhüseyn Seyidov 89-cu dəqiqədə adını tabloya yazdırıb.
Beləliklə, oyun “İnter”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Etikxeber.az