“İnter”in kapitanı dəyişdi

İtaliyanın “İnter” futbol klubunun kapitanı dəyişib.

Etikxeber.az klubun rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, 25 yaşlı argentinalı hücumçunun kapitan sarğısı qapıçı Samir Handanoviçə verilib.

Klub rəhbərliyi hələlik bu dəyişikliyə görə mediaya heç bir məlumat verməyib. Lakin bəzi xarici KİV-lərin məlumatına görə, buna səbəb Milan təmsilçisinin argentinalı hücumçu ilə yeni müqavilə barədə razılığa gələ bilməməsi səbəbindən bu addımı atdığı ehtimal olunur.

Qeyd edək ki, İkardi 2013-cü ildən “İnter”də çıxış edir. O, cari mövsümdə iştirak etdiyi 26 oyunda 15 dəfə fərqlənib. İkardi Argentina millisində isə keçirdiyi 8 oyunda 1 qol vurub.

Etikxeber.az

Read Previous

“Bəxtiyar Vahabzadənin bu on illikdə yeri çox görünür… ” – ANAR – FOTOLAR

Read Next

İtaliya vətəndaşı işğal olunmuş ərazilərimizə səfər etdiyinə görə üzr istədi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir