Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Omdudsmanın 2018-ci il üzrə illik məruzəsində spesifik məsələlər də gündəmə gətirilib. Bu, ilk dəfədir.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
“Jurnalist ordusuna qeyri-peşəkar, qeyri-etik cavablar da qeydə alınıb. Haqlı olaraq o da vurğulanıb ki, jurnalist peşəkar olmalı, vətəndaşların şəxsi həyatına müdaxilə etməməli, şərəf və ləyaqət prinsipinə hörmətlə yanaşmalı, işgüzar nüfuza xələl gətirməməlidir”-deyən, millət vəkilinin sözlərinə görə, sənəddə bu tip halların daha çox internet mediada qeydə alındığı vurğulanıb:
“Bu, internet-media sahəsindəki qanunvericiliyə yeni baxışın vacibliyini önə çəkir”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az