“İntihar elə bir zərərli virusdur ki…” – SAHİB ALIYEV

İntihar əslində terrorizmdir- özünə qarşı etdiyin terrorizm!

 Və həm də təkcə özünə qarşı yox. Bu elə bir zərərli virusdur ki, imuniteti zəif olanlar qripə tez yoluxduqları kimi, psixikası zəif olnaların da ona yoluxma ehtimalları var.

Məsələnin dini tərəfi bir yana, elə həm də buna görə intihar hələ yumşaq desək, qətiyyətlə pislənməlidir. Onun peyvəndi budur.

Burada bəzən intihar edənlər haqda “ölmək istəyirsən, get cəbhədə erməniləri öldür, özün də qəhramancasına öl” kimi məsləhətlər verilir və bu zaman şəhidlərimiz örnək göstərilir.

Əzizlərim, o, Oğullarımız ki gedib vətən yolunda canlarından keçirlər, onların məqsədi nə ölmək, heç nə də öldürməkdir. Onların məqsədi torpaqlarımızı düşməndən təmizləməkdir.

İntihar qorxaqlıq və bədbinlik göstəricisidr, şəhidlik- cəsarət və nikbinlik.

Şəhid vətəninin, millətinin qeyrətini çəkən Adamdır, intiharçı üçün isə ilk planda, elə arxa planda da özü durur.

Şəhid heç zaman intiharçı olmadığı kimi, unutmayın, içində intihar virusu gəzdirən də heç zaman şəhid ola bilməz!

Sahib ALIYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

İlham Əliyevin imzaladığı əfv sərəncamı humanizm siyasətinin parlaq nümunəsidir – DEPUTAT

Read Next

“Əfv sərəncamından yararlananlar hər zaman yaxşı əməllərə can atacaq…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir