“İntihara cəmiyyətin ən gözləmədiyi bir insanın əl atması ciddi mesajdır” – DEPUTAT

“Psixoloq Dəyanət Rzayevin intihar etməsi xəbərini oxuyanda əvvəlcə inanmadım, sonra baxdım ki, bir çox agentliklər yaydı. Nə deyəcəyimi bilmirəm… Amma onu bilirəm ki, intiharlar, onların səbəbləri ciddi şəkildə geniş araşdırılmalıdır və təcili çıxış yolları üçün təkliflər hazırlanmalıdır”.

Etikxeber.az xəbər verir ki, bu haqda millət vəkili Qənirə Paşayeva öz “Facebook” səhifəsində yazıb.

Onun qeyd etdiyinə görə, bu cür faciələrin artmasının qarşısının alınması üçün cəmiyyətin hər bir üzvü olaraq, “nə etməliyik” mövzusunda maarifləndirici verlişlər artmalıdır.

“Təəssüf ki, bu cür verlişləri, proqramları görə bilmirik. İntiharların bu cür adiləşməsi bizi ciddi narahat etməlidir və SOS siqnalıdır. Məncə, sadəcə, sosial problemlər deyil, getdikcə artan laqeyidlik, biganəlik, paylaşmaq duyğusunun zəifləməsi, gənclərin həyata psixoloji olaraq güclü hazırlanmaması, ailədaxili problemlər və.s kimi faktorlar da intiharların artmasına ciddi təsir göstərir. Son zamanlar bu mövzuda ciddi araşdırmalar varmı deyə, çox axtardım, amma heç nə tapa bilmədim.

Dövlət səviyyəsində bu tendensiyanın qarşısının alınması üçün ciddi işlər görülməklə yanaşı, bir vətəndaş olaraq hər birimiz nələr etməliyik  məsəlsiə ətrafında da geniş müzakirələrə ehtiyac var. İntihara hətta, cəmiyyətin ən gözləmədiyi və inana bilmədiyi bir insanın,bir psixoloqun əl atması ciddi bir mesajdır. Bu mövzu ciddi diqqətdə olmalıdır. İntihar edən insanların davranışlarında mütləq dəyişikliklər baş verir və belə halda ətrafda olan insanlar, onu tanıyanlar həssaslıqla, qayğı ilə yanaşmalıdırlar. “Nəyimə lazımdır”, “mənə nə “kimi yanaşmalardan tamamilə uzaq olmalıyıq.

Bir az öncə sosial şəbəkələrdə Dəyanət bəyin “Facebook” dostluğunda olmuş bir xanım yazır ki, son zamanlar qəribə paylaşımlar edirdi. Nə qədər doğrudur bilmirəm, amma yaxınlarının agentliklərə son günlər tənhalığa qapılması, işə getməməsi və sair kimi məlumatlar verməsindən görünür ki, onun psixoloji vəziyyətində dəyişikliklərin olmasını hiss edənlər olub. Bütün bunlara diqqət yetirəndə görürük ki, belə vəziyyətlərdə olan insanı yalnız buraxmamaq, onu narahat edən və çıxılmaz gördüyü problemin həllinə kömək etməyə çalışmaq lazımdır. Nur içində yatsın. Çox ağır xəbər oldu. Əzizlərinə səbr diləyirəm”-deyə, millət vəkili sonra qeyd edib.

deyanet

Etikxeber.az

Read Previous

Psixoloq Dəyanət Rzayev intihar etdi – ŞOK

Read Next

Prezident Pakistanın səfirinin etimadnaməsini qəbul edib – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir