“İntizam komissiyasında media nümayəndələrinin parlamentdə akkreditasiyası məsələsinə baxılmayıb”-MM-DƏN TƏKZİB

Yanvarın 28-də bəzi media orqanlarında Milli Məclisin İntizam Komissiyası tərəfindən kütləvi informasiya vasitələri nümayəndələrinin 2022-ci ilin yaz sessiyası dövründə parlamentin fəaliyyətini işıqlandırmaq üçün Milli Məclis Aparatında akkreditə olunması və bəzi media nümayəndələrinin akkreditasiyasının ləğv edilməsi haqqında həqiqətə uyğun olmayan məlumat verilmişdir. Bildiririk ki, Milli Məclisin İntizam komissiyasında media nümayəndələrinin parlamentdə akkreditasiyası məsələsinə baxılmamışdır.

Etikxeber.az xəbər verir ki, bu haqda Milli Məclisin (MM) Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub.

“Bu məsələ İntizam komissiyasının gündəliyində olmamışdır. Xahiş edirik ki, bu tipli informasiyaları yaymamışdan əvvəl məlumatı dəqiqləşdirəsiniz”-deyə, sonra məlumatda qeyd edilib.

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsi Şəhidi, 3 övlad atası, 4 medallı-RAMİL QULİYEVİN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜNDƏ, 41 YAŞININ TAMAMINDA AİLƏSİ, EVİ ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

“Ukrayna ordusu ərazi bütövlüyünü təmin etmək istəyərsə, Putin düşünmədən hərbi müdaxilə planını işə salacaq”-ELXAN ŞAHİNOĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir