İnyesta “Barselona” ilə karyerasının sonunadək müqavilə imzaladı

İspaniyanın “Barselona” futbol klubu yarımmüdafiəçi Andres İnyesta ilə müqavilə bağladığını elan edib.

Etikxeber.az  klubun saytına istinadla xəbər verir ki, müqavilə idmançının karyerasının sonunadək qüvvədə olacaq.

33 yaşlı İnyesta “Barselona”nın tərkibində 2002-ci ilin oktyabrın 22-də debüt edib. İspaniyalı futbolçu həmin vaxtdan bu komandanın heyətində apardığı 639 oyunda 55 qolun müəllifi olub. 1996-cı ilin sentyabrında – 12 yaşında ikən “Barselona” ailəsinə qoşulmuş İnyesta 2015-ci ildən komandanın kapitanıdır.

İnyesta Lionel Messi ilə birlikdə komandanın tərkibində hərəyə 30 titul qazanmaqla “Barselona”nın rekordçularıdır.

Messi də yeni müqavilə imzalamağa hazırlaşır, lakin bu proses hələ ki ləngiyir.

Etikxeber.az

Read Previous

Kamal Abdulla ilə Gövhər Baxşəliyevanın oğlu elmlər doktoru oldu

Read Next

Bu şəxs lotoreyada 30 milyon dollardan çox pul uddu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir