İordaniya və Misirdə Azərbaycanın bu ölkələrlə birgə hökumətlərarası komissiyalarının iclasları keçiriləcək

Fevralın 19-20-də Əmmanda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın, fevralın 21-22-də isə Qahirədə Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclası keçiriləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, hökumətlərarası komissiyaların iclaslarında Azərbaycan-İordaniya və Azərbaycan-Misir iqtisadi əməkdaşlığı, komissiyaların sonuncu iclaslarından ötən dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Bu məqsədilə iqtisadiyyat naziri, hər iki Hökumətlərarası Komissiyada Azərbaycan tərəfdən həmsədr Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Misir və İordaniyada səfərdə olacaq. Səfər çərçivəsində İordaniya və Misir rəsmiləri ilə görüşlərin keçirilməsi və müzakirələrin aparılması da nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

Əliyev Toivo Klaarı qəbul etdi – FOTO

Read Next

“Heç kəsə kobud rəftar etmək olmaz…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir