İpək Yolu Şərq və Qərb arasında tək iqtisadi deyil, siyasi, mədəni layihədir – VİTSE-SPİKER – FOTOLAR – YENİLƏNİB – (1)

Martın 13-də Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun  “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda beynəlxalq konfransı başlayıb. 
 
Etikxeber.az məlumat verir ki, konfransda ATƏT PA-nın sədri Georgi Tsereteli, Monteneqronun ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri İvan Brajoviç, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Monqolustan xarici işlər naziri, Monqolustanın ATƏTPA-dakı nümayəndə heyətinin rəhbəri Soqbatar Damdin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin baş katibi Asəf Hacıyev, TRASECA Hökumətlərarası Komissiyasının daimi katibliyinin baş katibi Mirçea Çiopraqa, Çinin Azərbaycandakı səfiri Vey Cinhua və digər şəxslər iştirak edirlər.  

sereteli

“ATƏT bütün münaqişələrin həllinə aktiv cəlb olunub. Həmçinin ATƏT Parlament Assambleyası üçün əsas prioritetlərdən biri münaqişələrdə vasitəçilik missiyası və sülh yolu ilə həllin tapılmasıdır”.

Bunu ATƏT Parlament Assambleyasının (PA) sədri G. Tsereteli deyib.

“Biz dəfələrlə açıq şəkildə bəyan etmişik ki, müəyyən məsələlər, o cümlədən həlli uzanan münaqişələrlə bağlı boşluqlar var. Bu, həmçinin, Dağlıq Qarabağ münaqişəsinə də aiddir. Biz ATƏT in Minsk qrupunun səylərini dəstəkləyirik. Bu münaqişənin həlli üçün başqa mexanizm yoxdur. Sülh yolu ilə həll yeganə yoldur”, – deyə o qeyd edib.

ATƏT PA prezidenti  çıxışında sonra bildirib ki, İpək yolu ideyası irəli sürüldükdən sonra bir çox ATƏTölkəsi bu ideyaya dəstək verib və layihəyə qoşulmaq qərarına gəlib.

G.Tsereteli qeyd edib ki, iqtisadi əməkdaşlıq da ATƏT-in prioritetləri sırasındadır:

trend_konfrans_130318_19-1

“ATƏT və onun Parlament Assambleyası fəal şəkildə yaranan problemlərin həlli ilə məşğul olur. Buraya terrorizmə qarşı mübarizə, münaqişələr daxildir. Lakin iqtisadi əməkdaşlıq da çox vacibdir.  İpək Yolu ticarət yoludur. Mallar daşınır və satılır. Amma İpək Yolu elə bir marşrutdur ki, bu yol boyunca əhali yaşayır. Bu marşrut üzrə vacib şəhərlər yerləşir.

Bunlar xalqlarımızın inkişafı baxımdan əhəmiyyət kəsb edən şəhərlərdir, iqtisadi inkişafa, çiçəklənməyə nail olmaq bütün ölkələrlə əməkdaşlıq etməyə imkan verir. Sərhədlərin bağlanmasının qarşısını almalıyıq. Region naminə bunun əhəmiyyəti böyükdür. Nəqliyyat infrastrukturunu müasirləşdirmək əhəmiyyət kəsb edir.

Bakı-Tbilisi-Qars dəmir yolunu buna gözəl misal kimi göstərmək olar. Bu, malların vaxtında çatdırılması nöqteyi-nəzərindən vacibdir”.

***

 Milli Məclis (MM) sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova  isə deyib ki, İpək Yolu Şərq və Qərb arasında tək iqtisadi deyil, siyasi, mədəni layihədir.

trend_konfrans_130318_17

B. Muradova bildirib ki, İpək Yolunu Çin olmadan təsəvvür etmək mümkün deyil:

“Bu gün tədbirdə iştirak edən Çin səfirinə təşəkkür edirəm. Azərbaycan ATƏT-in bir sıra tədbirlərini təşkil edərək ATƏTdəyərlərinin yayılmasına töhfə verib. Azərbaycanın təşəbbüsü ilə İpək Yoluna Dəstək Qrupunun yaradılması istiqamətində çox böyük işlər görülüb. Azərbaycanın bu təşəbbüslə çıxış etməsi təsadüfi deyil. Azərbaycan İpək Yolunun işlək yola çevrilməsi üçün praktik addım atan ölkədir.

Azərbaycanın təşəbbüsü ilə keçən il Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Bu dəmir yolu İpək Yolu ilə yüklərin daşınmasını 30-35 gündən 15 günə endirəcək. Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizi istiqamətində dlə mühüm işlər görür və bu dəhliz də İpək Yoluna inteqrasiya olunacaq. Azərbaycan bu təşəbbüsü irəli sürməyə mənəvi və siyasi haqqı olan ölkədir”.

***

elmarrrrr-111

Xarici işlər naziri Elmar Məmmədyarov da öz növbəsində deyib ki, layihələrin icrası üçün dayanıqlı siyasi və makroiqtisadi sabitlik təmin olunmalıdır. Azərbaycan bu sahədə artıq özünü doğruldub.

Nazir deyib ki, ticarət, logistika sahəsində də bunu etməliyik:

“Biz yeni və genişlənən Bakı limanı ətrafında bunu edirik. Məqsədimiz Azərbaycanı yeni logistika qovşağı kimi təbliğ etmək, Avropa və Asiya arasında ticarəti təşviq etməkdir. Biz “İpək yolu”nu yeni alətlər vasitəsi ilə yeniləyirik. Azərbaycan nəqliyyat sahəsinə böyük yatırımlar edir. Logistika mərkəzləri yaradılır, çalışılır ki, investisiya və biznes mühiti asanlaşdırılsın. Şimal-cənub istiqamətində də bu fəaliyyət davam edir. Bu, dəhlizlərin daha çox yaranması və bir-biri ilə rəqabət deyil, onların bir-birini tamamlanması vacibdir”.

E. Məmmədyarov qeyd edib ki, “İpək yolu”na dəstək qrupu önəmli təşəbbüsdür, ATƏT-in ticarət və nəqliyyat gündəmində yaxından iştirak edir. Onun sözlərinə görə, ticarətin asanlaşdırılması və regional infrastrukturun inkişafı ATƏT zonasında güclü iqtisadi inkişafa yol açar.
“Biz bu töhfəni daha inklüziv etməliyik. Xarici İşlər Nazirliyi “İpək yolu” dəstək qrupunun yaradılmasını dəstəkləyir. Bu qrup nə qədər fəal olsa, daha da böyüyə bilər. Bu, regional infrastruktur sahəsində vacib platformadır və nəqliyyat dəhlizlərinin güclənməsi üçün vacib rol oynayır”.

Nazir sonra bildirib ki, Azərbaycan qeyri-neft sektorunun inkişafında vacib layihələrə imza atıb:

“Biz Avropanın enerji təhlükəsizliyində vacib rol oynayırıq. Azərbaycan qazının Avropa bazarına çıxarılması istiqamətində işlər görülür. Lakin biz gələcək inkişaf üçün coğrafi vəziyyətindən yararlanaraq nəqliyyat infrastrukturunu inkişaf etməliyik. Azərbaycan Türkiyə və Gürcüstanla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini həyata keçirir. Onun illik yükdaşıma qabiliyyəti hazırda 6-7 milyon ton təşkil edir. Gələcəkdə bu göstərici 17 milyon tonadək artacaq.  Bu dəmiryol xətti Trans Asiya və Trans Avropa dəmir yol şəbəkəsini birləşdiriləcək və iki qitə arasında etibarlı dəmiryol şəbəkəsini yaradacaq, sabitlik və iqtisadi rifahı artıracaq. BTQ-nin 1 milyon sərnişin daşıması planlaşdırılır. Əslində isə bu rəqəmi 3 milyona çatdırmaq istəyirik. Ticarət və nəqliyyat sahəsində inkişaf regional təhlükəsizliyə və inkişafa töhfə verəcək. Təbii ki, bu, ərazi bütövlüyü, suverenliyə hörmət şəklində həyata keçirilməlidir. Bu, Helsinki Yekun Aktında da özünü göstərir. Siyasi və iqtisadi təhlükəsizlik bir-birindən ayrılmazdır. Azərbaycan məhz bu ruhda layihələri həyata keçirir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Afrinin mərkəzinə doğru son yaşayış məntəqələri də nəzarətə götürüldü – TSQ

Read Next

ABŞ-la anlaşdıq, YPG Menbiçdən geri çəkiləcək – ÇAVUŞOĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir