İqlim dəyişməsi heyvanlar üçün birbaşa təhlükə amili hesab edilib

ABŞ Federal Apellyasiya Məhkəməsi suitilər fəsiləsindən olan Sakit okean dəniz dovşanlarının mühafizə edilən heyvan növləri siyahısına daxil edilməsinə mane olmaq üçün bir sıra neft hasil edən şirkətlərin, Alyaska ştatının hökumətinin və Alyaskanın yerli sakinlərinin təqdim etdiyi apellyasiya şikayətini rədd edib. ekspertlərin sözlərinə görə bu qərar əlamətdar xarakter daşıyır.

Etikxeber.az gismeteo.ru saytına istinadla bunun səbəbini izah edir.

Qərarın əsaslandırma hissəsində deyilir ki, Arktikanın dəniz buzlarının itirilməsi “praktiki olaraq tam yəqinliklə” bu əsrin sonuna qədər suitilərin mövcudluğuna təhlükə yaradan amil olacaq. Bir mühüm məqam da ondan ibarətdir ki, məhkəmə bu qərarı qəbul edərkən İqlim Dəyişmələri üzrə Ekspertlərin Hökumətlərarası Qrupu tərəfindən hazırlanmış empirik və proqnoz məlumatlarına əsaslanıb. Bu məlumatlar iqlim dəyişməsi ilə bağlı altı modelin tərkib hissəsidir.

Ekspertlərin qənaətinə görə, hər hansı heyvan növünün təhlükə altında olan növlər kateqoriyasına aid edilməsi üçün iqlim dəyişməsi ilə bağlı proqnozlar əsas götürülməlidir. Ekspertlər əmindirlər ki, bu hadisənin nəticələri onilliklər boyu hiss ediləcək. Bu qərar ilk növbədə həmin heyvanların özlərinə əlverişli təsir edəcək.

İqlim mütəxəssislərini narahat edən budur ki, artıq 20 ildən sonra Arktikada yay vaxtı dənizlərin buzu tamamilə yox ola bilər. Qış fəslində isə Arktikanın buzlu ərazisinin sahəsi 2050-ci ilə qədər 40 faiz və daha çox azala bilər.

Etikxeber.az

Read Previous

“Qanlı terraktların baş verdiyi bir dövrdə ölkəmizdə sabitlik qorunub saxlanılır” – NAZİR

Read Next

DİN 770 manat maaşa işçi axtarır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir