İqtisadiyyat Nazirliyinin rəsmi internet saytında (http://www.economy.gov.az) “Mənzil-kommunal” bölməsi yaradılıb.
Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, bölmədə mənzil-kommunal sahəsinə aid normativ-hüquqi aktlar, məlumatlar, arayışlar və digər materiallar yerləşdirilib, sual-cavab rubrikası yaradılıb.
Eyni zamanda, bölmədə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, o cümlədən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması ilə bağlı zəruri sənədlərin nümunələri də yerləşdirilib.
Etikxeber.az