“İqtisadiyyatdakı məhdudiyyətlər aradan qaldırılmasa, “qara qızıla” tələb yenidən azalacaq”-DEPUTAT

Neftin dünya bazar qiyməti 30 dollarlıq psixoloji həddi keçib.Bu gün Brent markalı neftin 1 bareli 31 dollardan baha təklif olunur. Neftə tələbin artması dünya iqtisadiyyatının yenidən açılmasına cəhdlər ilə bağlıdır. Belə ki, dünyanın ən aparıcı iqtisadi güc mərkəzi hesab edilən ABŞ-ın Prezidenti “hətta daha çox yoluxmalar və dünyasını dəyişənlər olacağı halda belə ölkə iqtisadiyyatının açılmasının gərəkliyini” bildirib. Bu haqda Bloomberg agentliyi məlumat yayıb.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Vüqar Bayramov deyib.

Qeyd edib ki, ABŞ və Avropa Birliyi iqtisadiyatındakı məhdudiyyətlər aradan qaldırılacağı halda, enerji məhsullarına tələb yenidən yüksələcək.

“Xüsusən qədim qitə iqtisadiyyatın yenidən açılarsa və daxili təyyarə uçuşları bərpa olunarsa bu halda neftə tələbin mərhələli şəkildə artmasını müşahidə edə bilərik. Təbii ki, iqtisadiyyatdakı məhdudiyyətlər aradan qaldırılmasa, “qara qızıla” tələb yenidən azalacaq. Bütün hallarda, neftin dünya bazar qiyməti birbaşa aparıcı ölkələrdə sosial təcrid tədbirlərinin hansı müddətdə tam aradan qaldırılmasından asılı olacaq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Sığorta məsələləri ilə bağlı-İCTİMAİ DİNLƏMƏ TƏŞKİL EDİLƏCƏK

Read Next

“Məcburi sosial sığorta ödənişlərinə də güzəşt tətbiq olunsun”-DEPUTATDAN ÖNƏMLİ TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir