İqtisadiyyatımızda müsbət meyllər özünü göstərməkdədir – SƏMƏDZADƏ

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 22-də keçirilən iclasının gündəliyinə 3 məsələ daxil edilib.

Etikxeber.az-ın xəbərinə görə, bunlar “2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, o cümlədən, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələridir.

Adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə bildirib ki, Azərbaycan iqtisadiyyatında müsbət meyllər özünü göstərir.

meclis-4

Qlobal iqtisadi-maliyyə kataklizmlərinə baxmayaraq, Azərbaycanın dinamik şəkildə inkişaf etdiyini xatırladan komitə sədri ölkədə maliyyə çatışmazlığının və maliyyə sıxıntılarının olmadığını da sözlərinə əlavə edib:

“Azərbaycanın iqtisadi inkişafı, iqtisadi uğurlarımız göz önündədir. Bunları görməmək mümkün deyil. Azərbaycan hökuməti də son bir il ərzində ölkə iqtisadiyyatının dinamik və davamlı inkişafını təmin etmək üçün üzrərinə düşən bütün vəzifələrin öhdəsindən gələ bilib. Bunlar onu göstərir ki, Azərbaycanın sükanı etibarlı əllərdədir və ölkəmizin iqtisadi inkiafı bundan sonra özünü uğurlu şəkildə göstərə biləcək”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Büdcəyə dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi gələn həftəyə qaldı

Read Next

Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olacağıq – PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir