“İrəvan mat vəziyyətindədir…” – ADİL ƏLİYEV

Nəhayət, necə zaman idi ki, səbrsizliklə gözlədiyimiz Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışı baş tutdu.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşmasına inanmırdılar.

Azərbaycan,Gürcüstan,Türkiyə rəhbərliyinin vahid iradəsi və qətiyyəti layihənin gerçəkləşməsini sürətləndirdi.

Layihənin bölgə üçün önəmi böyükdür.

Azərbaycan olaraq, faydasını sonradan hiss edəcəyik. Xüsusilə,layihə bütün türk dünyası üçün strateji önəm kəsb edir.

Türk birliyini və həmrəyliyini sürətləndirəcək.

Mərkəzi Asiya dövlətləri ilə iqtisadi əlaqələrə xüsusi implus verəcək.

Ən vacibi odur ki,BTQ Asiya və Avropa arasında körpü rolunu oynacaq.

Ermənistan da narahatdır.

İrəvan mat vəziyyətindədir.

Çünki regionda baş tutan iri iqtisadi layihələr, Ermənistanın iqtisadi mühasirəsini sürətləndirir.

Açılışlar İrəvana rəsmi Bakı tərəfindən tutarlı bir mesajdır: Nə qədər ki, gec deyil İrəvan işğalçı siyasətindən əl çəkməlidir.

Millətimiz üçün xeyirli-uğurlu olsun!

Adil ƏLİYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Çünki haqsızdırlar, ədalətsizdirlər…” – ELŞƏN MUSAYEV

Read Next

Zahid Oruc “NÜMAYƏNDƏLİK İNSTİTU”NUN LƏĞVİNƏ QARŞI ÇIXDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir