İradə Tuncay: “Bekarçılıqdı?”

“Zəng ediblər indicə…deyirlər sualimiz var . Deyirəm, buyur. Deyir siz “Dialoq Avrasiya”nın mukafatın almısız.Bir anlıq fikirləşdim. Sonra yadıma düşdü. Deyirəm həəə, bir neçə il əvvəl olub. Deyir bəs o təşkilatı Gülənlə əlaqələndirirlər. İndi hamı o mükafatlardan imtina edir.Deyirəm mənə o mükafatı türk dünyası haqqında həqiqətləri yazdığıma görə veriblər-niyə imtina edim???

Etikxeber.az xəbər verir ki, “Ədalət” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İradə Tuncay öz “Facebook” statusunda yazıb.Yazıb ki, həmin mükafatı alanda Güləni indiki Türkiyə hakimiyyəti də dəstəkləyirdi.

Heç Gülənin adın da çəkən olmayıb o vaxt . Və mən də hər zaman iki ölkə arasında birlikdən,dostluqdan yazmışam.  Həmin vaxtdan iki il sonra məni Avrasiya yazarları ilə birlikdə Türkiyə Cümhuriyyətinin Başbakanının qəbuluna da dəvət etmişdilər( o zaman Başbakan idi ). Bunun bir qarşısın alan olmayacaq ? İnkvizisiya dövrüdü? “Əcinnə ovu” davam edir ? Bekarçılıqdı ? Məni heç vaxt nə təltiflər,nə mükafatlar maraqlandırmayıb. Amma bu nə məntiqdi ? Mən ölkənin xüsusi xidmət orqanlarında çalışmıram. Kim hardan gəlib bilmək mənim vəzifə borcum deyil…“-deyə, o, daha sonra yazıb.

irade

Etikxeber.az

Read Previous

“Qarabağ”-“Slovan” oyunu başa çatdı: 2-2 – YENİLƏNİB

Read Next

Hərbçilərimiz güləş üzrə 31-ci dünya çempionatında güclərini sınayacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir