İbrahim Rəisi, Hüseyn Əmir Abdullahian, Ayətullah Əli Haşim, Malik Rəhməti helikopter qəzasında həyatını itirib-İRAN PREZİDENTİNİN SƏLAHİYYƏTLƏRİNİ MÖHBƏR İCRA EDƏCƏK – YENİLƏNİB

İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti helikopter qəzasında həyatını itirib.

Etikxeber.az bildirir ki, bu barədə İranın Mehr Agentliyi xəbər verib.

“Tasnim” Agentliyi isə yazıb ki, İran Prezidentini daşıyan helikopterin qəzaya uğraması nəticəsində ölənlərin hamısının cəsədlərinin müəyyən edilməsi istiqamətində səylər davam etdirilir.

Prezident Rəisi bazar günü helikopterlə İran-Azərbaycan sərhədində bəndin açılış mərasimində iştirak edib.

İran dövlət televiziyası qəzanın Rəisiyə məxsus helikopterin bölgədən qayıdarkən sərt eniş etməsi nəticəsində baş verdiyini bildirib.

Helikopterdə prezidentlə birlikdə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imam cüməsi Ayətullah Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub.

Axtarış-xilasetmə qrupları əlverişsiz hava şəraiti səbəbindən işlərin çətinliklə davam etdirib.

Daha sonra Türkiyənin AKINCI pilotsuz uçuş aparatı axtarışlara cəlb edilib.

Qəzaya uğramış helikopterin qalıqları yanmış vəziyyətdə aşkarlanıb.

Artıq İranın rəsmi media orqanları öz loqolarını matəm əlaməti olaraq qara rəngə boyayıblar.

08:50

***

Seçkilərə qədər İranın prezidenti səlahiyətlərini ölkənin vitse-prezidenti Məhəmməd Möhbər icra edəcək.

Bu barədə ölkənin İRİB telekanalı məlumat yayıb.

O, hökumətin fasiləsiz fəaliyyət göstərəcəyini bildirib.

Qeyd edək ki, İranın Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmilərin olduğu helikopter mayın 19-da qəzaya uğrayıb. Nəticədə helikopterdə olan sərnişinlər və heyət üzvləri həlak olub.

Etikxeber.az

Read Previous

Cəbrayılovlar ailəsinin yeganə sağlam övladı, Şamaxılı-18 yaşlı-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ AĞACAN CƏBRAYILOVUN BU GÜN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, 22 YAŞI TAMAM OLUR… – FOTOLAR

Read Next

“Seyid İbrahim Rəisinin, Hüseyn Əmir Abdullahiyanın və digər şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması xəbəri bizi olduqca sarsıtdı”-ƏLİYEV XAMENEYİYƏ BAŞSAĞLILĞI VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir