İranda 3 silahlı məhv edildi, 5-i yaxalandı

İran təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqində 3 silahlını məhv edib, 5-i yaxalayıblar.

Etikxeber.az-ın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, xüsusi əməliyyat Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində həyata keçirilib.

Məlumata görə, silahlılardan “şəhid kəmərləri” və xeyli sayda partlayıcı maddə müsadirə edilib. Əməliyyat zamanı bir İran hərbçisi ölüb.

Silahlıların hansı qruplaşmanın üzvləri olduğu barədə məlumat verilmir.

Etikxeber.az

 

Read Previous

San-Fransiskoda atışma: dörd nəfər öldü – FOTO – YENİLƏNİB

Read Next

“Möhtəşəm yüz il” serialının aktyorları Moskvaya gəlir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir