“İranda baş verən hadisələr bu ölkənin öz daxili məsələsidir” – ELDƏNİZ SƏLİMOV

“İranda baş verən son hadisələr bu ölkənin daxili işi, daxili məsələsidir. İnanırıq ki, çox yaxın zamanlarda da bu ölkədə sabitlik tam təmin olunacaq, həyat öz əvvəlki axarına qayıdacaq”.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

 

iran-viran-1

irannn-1

İranda baş verən olaylarla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) səviyyəsində münasibət sərgilədiyini xatırladan millət vəkili həmin bəyanatda ölkəmizin mövqeyinin açıq və birmənalı şəkildə olunduğunu da sözlərinə əlavə edib.

“İranla Azərbaycan qonşu və dost dövlətdir. 30 milyondan artıq soydaşımız həmin ölkənin vətəndaşıdır. Yəni, dövlətlərimiz, xalqlarımız, ölkə rəhbərlərimiz arasında yaxın qonşuluq və dostluq münasibətləri var. Son illər bu münasibətlər daha da yüksələn xətt üzrə inkişaf edir. Ölkə rəhbərləri dəfələrlə qarşılıqlı səfərlər edib, bir sıra önəmli və yüksək səviyyəli sazişlər imzalayıb. Bununla yanaşı, İran-Rusiya-Azərbaycan üçtərəfli əməkdaşlıq formatında Zirvə görüşləri reallaşdırılıb. Eyni zamanda, ölkəmiz başqa dövlətlərin, xüsusilə, yaxın qonşuların daxili işlərinə qarışmamaq, sülh, barış, dialoq siyasəti yürüdür. Ona görə İranda baş verən proseslərə də bu prizmadan yanaşmaq lazımdır. Yəni, bu ölkədə baş verənlər onların öz daxili, iç məsələləridir və inanırıq ki, yaxın zamanlarda da öz həllini tapacaq. Başqa şərhə, əlavə izahata da elə bilirəm ki, ehtiyac yoxdur”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

Etikxeber.az

 

 

 

 

Read Previous

Əliyev Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi

Read Next

Dəmiryol qəzası: həlak olanların sayı 12-yə, yaralananların sayı 260-a çatıb – CAR-DA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir