İranda növbəti terrakt: ÖLƏNLƏRİN SAYI 41 NƏFƏRƏ ÇATDI – FOTO

İranın Sistan-Bəlucistan bölgəsində törədilən terror aksiyası zamanı həlak olanların sayı artaraq 41 nəfərə çatıb.

Etikxeber.az xəbər verir ki, terrorçular İran İslam İnqilabının Keşikçiləri Korpusunun əsgərlərini daşıyan avtobusu partladıblar.

Əsgərlərlə yanaşı, avtobusda bir neçə zabit də olub. Həş-Zahidan yolu ilə hərəkət edən avtobus terrorçu kamikadze tərəfindən partladılıb.

Yayılan xəbərlərə görə terror aksiyasına görə məsuliyyəti “Ceyşul-Ədl” qruplaşması öz üzərinə götürüb.

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələrinin əməkdaşları bildiriblər ki, avtobusda 20 nəfər əsgər olub və onların hamisi ölüb. Həlak olan 21 nəfər isə mülki əhalidir.

Etikxeber.az

Read Previous

Bu il ən azı 30 min ictimai iş yaradılacaq – İLHAM ƏLİYEV

Read Next

“Bəxtiyar Vahabzadənin bu on illikdə yeri çox görünür… ” – ANAR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir