İranda seçkilər necə keçib? – NAMİZƏDLƏRDƏN BİRİ ŞİKAYƏTLƏNDİ…

Seçkilərin keçirilmə prosesində bir sıra problemlər yaşanıb.

Etikxeber.az-ın APA-ya məlumatına görə, bunu prezidentliyə namizəd İbrahim Rəisi mərkəzi seçki məntəqəsinə gələrək jurnalistlərə deyib.

Rəisi qeyd edib ki,  bəzi seçki məntəqələrində onun nümayəndələrim qəbul olunmayıb: “

Biz bu məsələ ilə bağlı şikayət etmişik.  Biz xalqın səsinə və qanuna hörmətlə yanaşmalıyıq. Düşünürəm xalqın fəallığı yaxşı səviyyədə idi. Lakin seçkini təşkil edənlər diqqət etsinlər ki, seçkinin təşkilində nöqsanlar var idi. Mənim soyadım bülletenlərdə pasportda olduğu kimi qeyd olunub. Ola bilsin ki, insanlar mənim pasport soyadımı bilmir”.

Prezidentliyə namizəd həmçinin bəzi saytların qanun pozuntusuna yol verdiyini qeyd edib.

İranın Daxili İşlər naziri  Rəhmani Fəzli elan edib ki, səsvermənin vaxtı saat 00:00-dək artırılıb.  İndiyədək səsvermənin keçirilmə vaxtı iki dəfə artırılıb.

Səsvermə müddəti bitdikdən sonra səslərin hesablanmasına başlanılacaq.

Etikxeber.az

Read Previous

İdmançılarımız dünya çempionatında 1 , Avropa çempionatında isə 6 medal qazandı- FOTO

Read Next

Ruhani liderlik edir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir