Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bir neçə gün öncə İranın Birləşmiş Ərəb Əmirliklərini, Dubay şəhərini dron, raket hücumlarına məruz qoyması zamanı Dubay şəhərində yerləşən otellərdən birinin qarşısında ciyər nahiyəsindən ağır yaralanan soydaşımız-Bakılı Sərxan Eldar oğlu Məmmədlinin müalicələri davam edir.
Dubay xəstəxanalarından birində müalicə alan Sərxan Məmmədlinin həyati təhlükəsi hələ də qalmaqdadır.
Bu barədə Etikxeber.az-a Sərxan Məmmədlinin ailəsindən məlumat verilib.
Qeyd edilib ki, hadisə baş verən, Sərxan Məmmədli yaralanan və xəstəxanaya yerləşdirilən andan həm Azərbaycan, həm də Dubay rəsmiləri, səfirliyimizin əməkdaşları onun vəziyyəti, müalicəsi ilə yaxından və ciddi şəkildə maraqlanırlar.
Qeyd edək ki, Sərxan Məmmədli xeyriyyəçi, iş adamı, Şəhidsevər Sahibə xanım Məmmədovanın övladıdır.
Sərxan ailənin üç övladından, iki qardaşdan biri, ali təhsilli, ailəli və bir övlad atasıdır.
Allah şəfasını versin və tezliklə sağlamlığına qovuşdursun!
***
FOTOLAR:





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





