Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İranın İsrailin mərkəzinə endirdiyi son raket zərbələri nəticəsində 3 nəfər ölüb, 67 nəfər yaralanıb.
Etikxeber.az xəbər verir ki, bu haqda “The Jerusalem Post” qəzeti məlumat yayıb.
***
İranın hava məkanı bu gün yerli vaxtla 14:00-a qədər bağlı qalacaq.
Bu barədə isə İran İslam Respublikasının Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
“Ölkənin hava məkanının bazar ertəsi, iyunun 16-sı saat 14:00-a qədər bağlı olması ilə bağlı qərar qəbul olunub”-deyə, məlumatda qeyd edilir.
08:41
***
Ötən gecə İsrail Ordusunun keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilən yüksək rütbəli İran hərbçiləri arasında “Qüds” qüvvələrinin Kəşfiyyat İdarəsinin rəhbəri Mohsen Bakri və onun müavini Əbu əl-Fədl Nikuei olublar.
Bu barədə də İsrail Müdafiə Qüvvələri məlumat yayıb
Qeyd edilib ki, onlar əsasən HAMAS və “Hizbullah” terror təşkilatlarını, eləcə də Yəməndəki husiləri kəşfiyyat məlumatları ilə təmin edilməsi üzrə tapşırıqların icrasına məsul olub:
“Bu addım İranın kəşfiyyat xidmətinə əhəmiyyətli zərbə olmaqla, İsrailə qarşı terror hücumlarının qarşısının alınmasına dəstək olacaq” – deyə, məlumatda qeyd olunub.
14:14
***
İran Dövlət Televiziyasının binası raketlə vurulub.
Bu barədə məlumat və videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Hücum efirdə canlı yayım zamanı baş verib.
Hücum zamanı xəbərlər proqramı canlı yayımda efirdə olub.
Aparıcı studiyanı yarımçıq tərk etmək məcburiyyətində qalıb.
Etikxeber.az