“İranın müasirləşməsi Azərbaycanda dini təhlükəni xeyli azaldacaq” – NATİQ CƏFƏRLİ

“Azərbaycanın problemləri çoxdur, ən böyük problemlərdən biri də budur ki, ölkədə normal “beyin mərkəzləri”, ciddi analitik qurumlar yox dərəcəsindədir. Hətta, qonşularımızı belə öyrənə bilmirik, həmişə şablonlarla düşünürük: Şablon – Ernənistan acından “oboy” yeyir, ölkə boşalır, içtimai nəqliyyatdan tək “RAF”-ları var, o da bir dənədir, həmişə mərkəzi küçədə, dairədən dömən zaman görünür (AZTV ancaq bu kadrı verir). Reallıq – Düşmən dövlətdə hökumət koalisiyası, parlamentdə 3 fraksiya var, ölkədə 2 müxalif TV-kanal, 3 FM radio fəaliyyət göstərir, “Azadlıq Radiosu” da FM-də yayımlanır, 2017-də ÜDM artımı 3%-dən çox olub, minimum əmək haqqı və təqaüd dollar ifadəsində bizdən az deyil, Qərblə əlaqələri sürətlə yaxşılaşır, ölkə parlament respublikasına keçir”.

Etikxeber.az xəbər verir ki, bunu “REAL”-ın tanınmış simalarından olan Natiq Cəfərli deyib.

natiq-2

“Şablon – İran çox geridə qalıb, elm-təhsil yoxdur, iqtisadiyyatları çöküb, ölkəni ancaq mollalar idarə edir, farslar ermənilərin dostudur. Reallıq – Ölkə son 5 ildə ətraf coğrafiyada ən güclü dövlətlərdən birinə çevrilib, Livanı, Suriyanı, Yəməni, İraqı tam nəzarətdə saxlayır, geniş "şiə qurşağı" qurub. İran ABŞ-ı söysə də, məhz Amerikanın bölgəyə müdaxiləsindən sonra İran ətraf ölkələrdə əsas oyunçu oldu, İraqı, Livanı, Yəməni və Suriyanı idarə etməyə başladı”-deyən N. Cəfərlinin sözlərinə görə, elm-təhsilləri yaxşı vəziyyətdədir, tibb çox inkişaf edib, iqtisadi potensialı çox güclüdür – amma ölkəyə “biçilən” rejim artıq “dar” gəlir, iqtisadi və elmi sıçrayışa rejim mane olur, əsas da gənclik bunu daha yaxşı hiss edir və dəyişim istəyir.

O, qeyd edib ki, son 10 ildə 20 mln.-dan çox İran vətəndaşı xaricə səfər edib, dünyanı görüb, son 30 ildə 1,5 mln. İran vətəndaşı Avropada- ABŞ-da təhsil alıb ölkəyə dönüblər – dəyişimin lokomotivi onlardır. Məhz bu kəsim köhnə “paltarın” ölkəyə “dar” gəldiyini düşünür.

“Nə qədər qəribə səslənsə də, bu gün etiraz edənlər ölkələrinin, heç olmasa, Azərbaycan kimi (amma korrupsiyasız və ədalətli məhkəmələri olan) olmasını istəyirlər, dünyəvilik arzulayırlar. Məhz bu anlamda bizlər də dünyəviliyin nə qədər vavib olduğunu anlamalıyıq. İranın müasirləşməsi Azərbaycanda dini təhlükəni xeyli azaldacaq. Ona görə də, İranda baş verənlərə etnik pəncərədən baxmaq olmaz, Cənubi Azərbaycan bizim üçün xoş arzu olaraq qalmalıdır.

Bu gün İranda baş verənləri etnik zəminə çəkmək başlanan ədalətli, dünyəvi ölkə arzularını beşikdəcə boğa bilər. Diqqətli olmaq lazımdır, İran demokratikləşsə 20-30 ildən sonra orqanik və təbii yolla Cənubi Azərbaycan məsələsi aktuallaşacaq.

Tələsən yerimiz yoxdur. Əsas qonşu və qohum dövlətin sivilləşməsidir. Bu buzim marağımıza tam cavab verir, mənəvi dəstək ancaq bu çərçivədə olmalıdlr, etnik məsələni unudun, bu indiki mərhələdə çox ziyanlıdır…”-deyə, N. Cəfərli sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Yeni ilin ilk günündə 63 cinayət faktı qeydə alındı – DİN

Read Next

Tut Budağı, Ərik Budağı və Sarı Bülbülün nağılı – ELÇİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir