Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İranda İslam İnqilabının 41-ci ildönümü qeyd olunmaqdadır.
Etikxeber.az xəbər verir ki, bu münasibətlə İranın Azərbaycandakı səfirliyi də dövlət və hökumət, parlament nümayəndələrinin, diplomatik korpusun, ictimaiyyət təmsilçilərinin iştirakı ilə rəsmi qəbul keçirib.
Əvvəlcə iki ölkənin dövlət himni səsləndirilib. Daha sonra çıxış edən İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə İslam inqilabının baş verdiyi tarixdən və onun iranlıların həyatına təsirindən söz açıb.
“Azadlıq İslam inqilabının ən böyük sərvətidir. Biz heç bir dövlətə möhtac deyilik. İqtisadi, siyasi, elmi, mədəni və hərbi sahələrdə böyük uğurlara imza atmışıq. Onilliklər ərzində ABŞ-ın sanksiyaları bizi məğlub edə bilməyib”- deyən səfir qeyd edib ki, əksinə, ölkəsi sanksiyalata sinə gərərək uğurlar qazanıb.
İranın qonşu ölkələrlə dostluq münasibəti qurdiuğunu deyən səfir, Azərbaycanla da dost və qardaş əlaqələrə malik olduqlarını diqqətə çatdırıb.
“Sevinclə deyirəm ki, Azərbaycan prezidenti İlham Əliyev yaxın vaxtlarda İrana səfər edəcək. İranla Azərbaycan arasında münasibətlərin ən güclü dövrüdür. Birlikdə icra etdiyimiz layihələr, o cümlədən, Şimal-Cənub dəhlizi ölkələrimizi bir-birinə daha sıx bağlayır”– deyib C.Cahangirzadə.
Baş nazirin müaviji Şahin Mustafayev isə bildirib ki, 41 il əvvəl İranda baş vermiş islam inqilabından sonra ölkənin bütün sahələri sürətli inkişaf edərək öz növbəsində iqtisadi inqilab yaradıb.
Baş nazirin müavini ölkələrimiz arasında sıx dostluq əlaqələri və bu əlaqələrin inkişafında dövlət başçılarının xüsusi rolu olduğunu diqqətə çatdırıb.
Ağanisə SULTAN
Etikxeber.az