İranla sərhəddə hadisə: ATƏŞ AÇILDI

Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları İrandan Azərbaycana qa¬çaqmal yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin gətirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə Etikxeber.az-a DSX-nın Mətbuat mərkəzindən bildirilib.

Qeyd olunub ki, hadisə Biləsuvar rayonu ərazisində baş verib. Həmin gün saat 22:00 radələrində İrandan 3 nəfər şəxsin sürünərək Azərbaycan ərazisinə doğru hərəkət etməsi aşkarlanıb.

ates

Dövlət sərhədini pozduqdan sonra sərhədçilər tərəfindən aşkar¬landıqlarını başa düşən sərhəd pozucuları naryadın xəbərdarlıq atəşinə baxmayaraq, havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək İrana geri qayıdıblar.

Hadisə yerinə baxış zamanı 1 ədəd bel çantasının içərisində 6,4 kq narkotik vasitəyə oxşar maddə, hər birində 10 həb olmaqla 79 ədəd konvalüt “Tedol-200”, 100 ədəd 10 milliqramlıq flakonda “MYDRAX” psixotrop tərkibli dərman preparatları aşkar olunub.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən cinayət işi başlanılıb.

Etikxeber.az

Read Previous

Sinoptiklərdən: Leysan yağacaq, dolu düşəcək

Read Next

“APA Holding”ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb – MAHİRQIZI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir