“Iraqi Airways” bayramlarda səfər edən sərnişinlərə endirimlər edəcək

“Iraqi Airways” Azərbaycandan İraqa dini bayram günlərində səfər edən sərnişinlərə xüsusi endirimlər edəcək.

Etikxeber.az xəbər verir ki, bu barədə “Iraqi Airways”in Bakı nümayəndəliyinin rəhbəri İsam Əl-Muxtar AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.

O, bildirib ki, hazırda Azərbaycandan İraqa turistlər daha çox dini ziyarət yerlərində olmaq üçün gedirlər. Bununla əlaqədar dini bayramlarda, aşura günlərində biletlərə xüsusi endirimlər edəcəyik.

İsam Əl-Muxtar, həmçinin bildirib ki, “Iraqi Airways”in gələcək planlarında Bakıya olan reyslərin sayını artırmaq, Azərbaycanın bölgələrinə də aviareyslər açmaq niyyəti var.

Azərbaycandan İraqa bayram günləri sərnişinlərin gəlişi çox olsa da, İraqdan Azərbaycana sərnişinlərin axını yay mövsümündə də xüsusi artımla müşahidə olundu. Azərbaycana gələn İraq sərnişinlərinin Azərbaycan haqda təəssüratı çox müsbətdir. Bu da onu göstərir ki, bizim xidmət göstərməli olduğumuz sərnişinlərin sayı daim artır və biz işimizdə daha məsuliyyətli olmalıyıq” – deyə, İsam Əl-Muxtar vurğulayıb.

Etikxeber.az

Read Previous

Siyavuş Novruzov: “Xalqın narazılığından danışmaq qeyri-mümkündür…”

Read Next

Azərbaycan–Norveç oyununa bilet satışı davam edir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir