“İşə çox ciddi ehtiyacım var…”-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI, AİLƏNİN İKİ ÖVLADINDAN BİRİ, KOLLEC TƏHSİLLİ, HAZIRDA ALİ TƏHSİL ALAN-ÜÇ MEDALLI QAZİ AQİL AZƏR OĞLU YUSİFOV – FOTOLAR

Tarixi 44 günlük İkinci Vətən Müharibəsində qəhrəmanlıq göstərən, sağlamlığını Vətəni, doğma Qarabağ yolunda qurban verən igidlərimizdən biri də Qəhrəman Bərdə rayonundan olan Aqil Azər oğlu Yusifovdur…

Tarixi Qələbə və Zəfərimizdə bir Vətən sevdalısı Azərbaycan övladı, bir Qarabağlı kimi onun də əməyi, rolu, payı var…

Aqil 2001-ci ilin yanvar ayının 1-də Bərdə rayonunun Mollaisalar kəndində-sadə bir ailədə dünyaya gəlib…

Ailənin iki oğlan övladından biridir…

2007-2016-ci illərdə Yalçın Yusifov adına Mollaisalar kənd tam orta məktəbində 9 illik təhsil alıb…

Həmin il sənədlərini kollecə verib və Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin maliyyə işi ixtisasına qəbul olunub…

2019-cu ilin may ayının 31-də kolleci bitirib və 18 yaşının tamam olması ilə əlaqədar həmin ilin 23 iyul tarixində həqiqi hərbi xidmətə çağırılıb…

Bakı şəhərində yerləşən “N” saylı hərbi hissələrdən birində qulluq edib, tuşlayıcı olub…

Azərbaycan Ordusunun, bir il iki ayın Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb…

Füzuli Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edib…

Qanlı döyüşlərdən birində-oktyabrın 3-də sağ əlindən ağır yaralanıb, travma alıb, uzun müddət Bakıda və Salyanda müalicə-müayinə olunub…

Sonra yenidən həqiqi hərbi xidmətini davam etdirib…

Bir il altı ay əvəzinə, iki il Orduda xidmət edib və 2021-ci ilin iyul ayının 3-də təxris olunub…

3-cü qrup müharibə-Qarabağ əlilidir…

Ali Baş Komandan tərəfindən iki medalla-“Füzulinin azad olunmasına görə”“Xocavəndin azad olunmasına görə” medalları, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub…

2022-ci ilin yayında isə Mingəçevir Dövlət Universitetinin mühasibat uçotu ixtisasına (qiyabi) qəbul olunub və ikinci kursa keçib…

O, həm də subaydır…

***

Olduqca sadə, səmimi, sakit, mədəni olan Vətən sevdalısı Aqillə cəmi bir neçə gün öncə “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin Bərdə rayonunda Qazilərlə bağlı təşkil etdiyi görüşdə tanış oldum…

Onunla qısa da olsa, söhbətləşdim, hal-əhvallaşdım…

Aqil hazırda işsizdir və ailə durumu ilə bağlı işə ehtiyacı var…

Bu yöndə müraciətlərinə isə hələlik müsbət, qaneedici cavab ala bilməyib ötən müddət ərzində…

İstəyir ki, onu təmin və qane edəcək, səhhəti işləməsinə imkan verəcək bir işlə təmin olunsun…

Odur ki, Qazimizin, Vətən sevdalımızın durumu, istəyi nəzərə alınaraq, müvafiq işlə təmin olunmalıdır…

Bu məsələdə sözdən işə keçilməlidir…

Və inanmaq istəyirik ki, belə də olacaq, Qazimiz çox tezliklə işlə təmin ediləcək!

Allah Yar və Yardımçısı olsun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi müharibədən sonrakı barışıq prosesinin əvəzsiz hissəsidir”-HİKMƏT HACIYEV

Read Next

Bərdəli və Lənkəranlı İkinci Vətən Müharibəsi Şəhidləri-Turqut Zeynalov və Əbülhəsən Həsənzadə: HƏR İKİ ŞƏHİDİN BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir