İşəgötürənlərə xəbərdarlıq, xahiş edərək bildirmişik ki, əməyin təhlükəsizliyi qaydalarına riayət edilsin – NAZİR

“Artıq 1 ilə yaxın müddətdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tikinti şirkətlərində yoxlamalar aparmır. Buna görə də biz müxtəlif təbliğat vasitələri ilə tikinti şirkətlərinə, işəgötürənlərə xəbərdarlıq, xahiş edərək bildirmişik ki, əməyin təhlükəsizliyi qaydalarına riayət edilsin”

Etikxeber.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazir təəssüflə bildirib ki, son zamanlar əməyin təhlükəsizliyi qaydaları işəgötürənlər tərəfindən kobud şəkildə pozulur: “Təəssüflər olsun ki, işəgötürənlər əməyin təhlükəsizliyinə yönəldilməli olan vəsaitə qənaət edir, onu başqa istiqamətə yönəldirlər. Bunun nəticəsidir ki, tikintidə insan itkisi ilə nəticələnən hadisələr baş verir. Bunun qarşısının alınması üçün mən bir daha işəgötürənlərə müraciət edirəm ki, əməyin təhlükəsizliyi qaydalarına riayət etsinlər. Hər belə hal üçün ağır təhqiqat nəticələri ortaya çıxır. Bu isə sığorta şirkətlərinin işinə də çətinlik törədir. İşçilərin sığortalanmaması onlara problem yaradır, nəticədə onların ailəsi sığorta ödənişi ala bilmirlər”.

Nazir əlavə edib ki, bu sahədə sığorta işini həyata keçirən sığorta şirkətləri özlərinin sığorta yığımlarının bir hissəsindən ölkədə əməyin təhlükəsizliyi normalarına əməl olunmasına nəzarəti həyata keçirmək üçün müəyyən bir fond yaratmalıdırlar. “Əgər bu baş verərsə, düşünürəm ki, bu sahədə müəyyən qayda-qanun yarada bilərik” – deyə, nazir bildirib.

Etikxeber.az

Read Previous

“Arşın mal alan” operettası özbək dilində nümayiş etdirilib

Read Next

Gömrükçülər səkkiz ədəd mobil telefon müsadirə etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir