İsa Həbibbəylidən Vahid Əhmədovla Əli Məsimliyə yarıdəstək…

“Təhsil kreditləri”, yoxsa, “Tələbə kreditləri”?
İsa Həbibbəyli: “Yaxın perspektivdə tələbə kreditlərləri ilə bağlı ayrıca qanun layihəsi hazırlamağı və onu  müzakirələrə çıxarmağı nəzərdə tuturuq”
isa-habib

“Tələbə kreditləri haqqında” qanun layihəsi hazırlanacaq. 

Etikxeber.az  xəbər verir ki, bunu Milli Məclisin (MM) qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı parlamentin Elm və təhsil komitəsinin yanvarın 29-da keçirilən ilk iclasında akademik, adıçəkilən komitənin sədri İsa Həbibbəyli deyib. Komitə sədri belə bir sənədin cəmiyyətin sosial sifarişi kimi ortaya çıxdığını bildirib: “Biz yaxın perspektivdə tələbə kreditlərləri ilə bağlı ayrıca qanun layihəsi hazırlamağı və onu  müzakirələrə çıxarmağı nəzərdə tuturuq. Bu, cəmiyyətin sosial sifarişindən irəli gəlib. Qeyd edim ki, parlamentdə zaman-zaman bu yöndə təkliflər səslənib və bu baxımdan, biz digər komitələrlə birgə adıçəkilən sənədin hazırlanmasını nəzərdə tuturuq. Yəni, yaxın perspektivdə belə bir qanun lasyihəsi də hazırlanıb, müzakirələrə təqdim olunacaq”.
VAHİD-2
ali-masimli
Qeyd edək ki, bu yöndə qanun layihəsinin qəbul edilməsi təklifi ilk dəfə millət vəkilləri Vahid Əhmədovla Əli Məsinmli səsləndiriblər. Onlar hətta, birlikdə “Təhsil kreditləri haqqında” qanun layihəsinin ilkin variantını da hazırlayıblar. Orada da imkansız ailələrdən olan tələbələrin güzəştli şərtlətlə təhsil kreditlərindən yararlanma bilməsi öz əksini tapıb.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Xanım deputatımız AŞPA-nın Mədəniyyət, elm və təhsil komitəsinin üzvü seçilib

Read Next

“Cümhuriyyət ili” və prezident seçkiləri… DEPUTATLAR BU BARƏDƏ NƏ DEDİLƏR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir