İsa Qəmbər də imzatoplama kampaniyasını başa vurdu…

Sabiq spiker, Müsavat Partiyasının eks-başqanı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbərin imzatoplama kampaniyası başa çatıb.

Bu haqda Etikxeber.az-a açıqlamasında İ. Qəmbərin özü məlumat verib.

Bununla belə, İ. Qəmbər hələlik imza vərəqələrinin Dairə Seçki Komissiyasına (DSK) təhvil verilmədiyini bildirib.

Əlavə edib ki, gələn həftə, ayın 6-dan sonra imza vərəqələri DSK-ya təhvil veriləcək.

Qeyd edək ki, İ. Qəmbər 1990-cı ildən bu yana 7-ci dəfədir seçkilərə qatılır.

O, cəmi bir dəfə-1990-95-ci illərdə parlamentin üzvü olub.

Qeyd edək ki, 1990-ci ildə onun rəqibləri arasında Sovet İttifaqı Qəhrəmanı, akademik-mərhum Ziya Bünyadov, Xalq artisti-mərhum Hacıbaba Bağırov kimi tanınmışlar olub.

İ. Qəmbər həm də 1992-93-cü illərdə keçmiş Ali Sovetin (Milli Məclisin) sədri vəzifəsində çalışıb.

Həmçinin, məşhur “43-lər”dən-“İstiqlalçı” deputatlardan biri olub.

İ. Qəmbər 1995, 2000, 2005, 2010-cu illərdə seçkilərə qatılsa da, onun qələbəsi tanınmayıb.

2015-ci ildə son anda Müsavat Partiyası boykot qərarı verdiyi üçün, namizədliyini geri çəkib.

İ. Qəmbər hazırda  namizədliyini 19 saylı Nərimanov I  seçki dairəsindən irəli sürüb.

Həmin  dairədən hakim Yeni Azərbaycan Partiyası (YAP) isə millət vəkili Hikmət Babaoğlunun namizədliyini verib.

Etikxeber.az

Read Previous

Sabiq deputat və politoloqdan Türkiyənin-“LİVİYA QƏRARI”NA BAXIŞ

Read Next

“Qələbə ümidi ilə yolumuza davam edirik…” – 2-Cİ DƏFƏ SEÇKİLƏRƏ QATILAN ELŞƏN MUSAYEV BELƏ DEDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir