İsa Qəmbər prezidentliyə namizəd olmayacaq – “MÜSAVAT” SEÇKİNİ BOYKOT ETDİ

Müsavat Partiyası prezident seçkilərində iştirak etməyəcək. 

Etikxeber.az  xəbər verir ki, bununla bağlı Müsavat Partiyasının başqanı Arif Hacılı Modern.az saytına açıqlama verib.

arif-apa

“Bu gün Müsavat Partiyasının növbədənkənar məclisində seçkilər müzakirə edilib. Seçkilərin növbədənkənar keçirilməsi ilə bağlı yaranmış problemlər, o cümlədən, Seçki Məcəlləsində dəyişikliklərin edilməsi ilə əlaqəli təkliflərin nəinki qəbul olunması, hətta, müzakirə olunması üçün vaxtın qalmaması, beynəlxalq müşahidənin təşkil edilmə imkanlarının aradan qaldırılması, seçici siyahısının dəyişdirilməsinin mümkünsüzlüyü-ümumiyyətlə ,seçkilərin növbədənkənar keçirilməsinin izah edilməməsi kimi arqumentlər əsas gətirilərək seçki prosesində iştirak etməməyə qərar verdik”.

A. Hacılı bildirib ki, qərar məclis üzvlərinin əksəriyyəti tərəfindən qəbul edilib.

“6 nəfər qərarın əleyhinə, 6-sı isə lehinə səs verdi. Nəticə olaraq Müsavat Partiyası seçkilərdə iştirak etməyəcək”.

Etikxeber.az

Read Previous

İlqar Altayın da prezidentliyə namizədliyi irəli sürüldü…

Read Next

Millət vəkilləri “boykotçu”ların son addımları ilə bağlı nə dedilər?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir