“İsa Qəmbərin vəziyyəti stabilləşməkdədir…” – FİRDOVSİ İBRAHİMOV – YENİLƏNİB

“İsa Qəmbər ürəyində olan problemlə bağlı çox ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Tərəfimizdən dərhal müdaxilə edildi və onun ürəyinə stentlər qoyuldu”.

Etikxeber.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mərkəzi Klinik Xəstəxananın kardioloqu Firdovsi İbrahimov deyib.

isssaaaa

F. İbrahimov bildirib ki, İ. Qəmbər xəstəxanaya gətirilərkən problemi çox ciddi olub: “Bu gün artıq onun vəziyyəti müsbətə doğru dəyişməkdədir, müalicə prosesi davam edir. İsa Qəmbər bir neçə gün xəstəxanada qalacaq. Bütün lazımi tədbirlər görülüb. O, həkimlərin ciddi nəzarəti altındadır”.

Həkim qeyd edib ki, ürəkgücləndirici müalicələr davam etdiriləcək.

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər ötən həftə xəstəxanaya yerləşdirilib.

***

“İsa Qəmbərin müalicəsi davam edir, vəziyyəti stabilləşməkdədir”.

Bunu da APA-ya açıqlamasında F. İbrahimov deyib.

O bildirib ki, İ. Qəmbər özünü yaxşı hiss edir: “Belə davam etsə, onu palataya köçürməyi planlaşdırırıq. Hazırda kardioreanimasiyadadır”.

İ. Qəmbərin yaxın günlərdə evə buraxıla biləcəyini vurğulayan kardioloqun sözlərinə görə, onun müalicə üçün xarici ölkəyə göndərilməsinə ehtiyac yoxdur: “Gördüyümüz iş, əldə etdiyimiz nəticələr xarici tibb müəssisələrinin çoxunun görə biləcəyi işdən qat-qat yaxşıdır. Bu dəqiqə İsa Qəmbərin müalicə üçün xaricə göndərilməsinə qəti olaraq gərək yoxdur”.

Tarix elmləri namizədi Aidə Qəmbər APA-ya bildirib ki, həyat yoldaşının səhhəti yaxşıdır: “Mən İsa bəyin yanındayam. Onu müalicə edən həkimlə də danışmışam. Hər şey yolundadır. Düşünmürəm ki, onu xarici ölkəyə göndərmək lazım olsun. Yəqin ki, buna ehtiyac olmayacaq. Buradakı həkimlər də sağ olsunlar, İsa bəyə çox diqqətlə, qayğı ilə yanaşırlar. Onlara da təşəkkür edirəm”.

Etikxeber.az

Read Previous

Baş nazirlər Bakıdan Sofiyaya ilk birbaşa aviareysin açılışında iştirak etdi – FOTO – YENİLƏNİB

Read Next

Ermənistanın “şıltaqlığı”na son qoyulmalıdır – DEPUTATDAN TƏLƏB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir