İsa Qəmbərin oğlundan Asim Mollazadəyə-SƏRT SÖZLƏR

Hakimiyyətin 22-ci dairədən namizədi Asim Mollazadə mənimlə debata çıxmaqdan imtina edib. Deyir ki, onun hesabına tanınmaq istəyirik. Asim Mollazadə 22-ci dairədə bir azca təbliğat aparsaydı, vətəndaşlarla söhbət etsəydi, bilərdi ki, onun reytinqi yerlərdədir.

Etikxeber.az xəbər verir ki, bunu adıçəkilən dairədən digər namizəd, Müsavat Partiyasının eks başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər deyib.

“Vətəndaşların ona səs verməyəcəyi birmənalıdır. Apardığımız təbliğat və vətəndaşlardan gördüyümüz xoş münasibət göstərir ki, səslərin çoxunu qazanmaq tam realdır. Əsas məsələ daha çox seçicini seçkiyə gətirməkdir”-deyə, o, əlavə edib.

Qeyd edək ki, son 4 çağırış Milli Məclisin (MM) üzvü olan A. Mollazadə 2005-ci ildən, 3-cü çağırışdan həmin dairəni parlamentdə təmsil edir.

O, 5-ci dəfə seçkilərə qatılıb, MM-in Elm və təhsil, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin üzvüdür.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Demokratik İslahatlar Partiyasının (DİP) sədridir.

Parlamentdəki çıxışlarında daha çox təhsillə, təhsil qanunvericilyinin təkmilləşdirilməsi ilə bağlı məsələləri dilə gətirib.

Etikxeber.az

Read Previous

“Əllərin gərək həmişə onların nəbzində ola…” – RAFAEL HÜSEYNOV YAZDI – FOTOLAR

Read Next

Kamilə Əliyeva-ŞƏHİD AİLƏSİNİ VƏ QARABAĞ ƏLİLİNİ ZİYARƏT ETDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir