İşçi Komissiya Qubada 10 yaşlı Nurayla görüşdü

Ədliyyə Nazirliyinin icra baş idarəsinin Quba icra şöbəsində baş vermiş hadisə ilə bağlı yaradılan İşçi Komissiyası Quba rayonuna səfər edib.

Etikxeber.az-ın  məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən təşkil olunan komissiya üzvləri 10 yaşlı Nuray və ailə üzvləri ilə görüşür.

Görüşdə komitənin sədr müavini Aynur Sofiyeva, millət vəkili Qənirə Paşayeva, Quba rayon İcra Hakimiyyətinin üzvləri iştirak edir. Görüşdə jurnalistlərin iştirakına icazə verilməyib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən kobudluq əksini tapıb.

Etikxeber.az

Read Previous

Türkmənlər həm doğma qardaşımız, həm də İraqla aramızdakı qardaşlıq bağıdır – BAŞ NAZİR

Read Next

Sabah hava dumanlı, küləkli olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir