İsgəndər Cavadova Prezidentin fəxri təqaüdü verildi

Dövlət başçısı İlham Əliyev İ.C.Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında  Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Etikxeber.az

Read Previous

Növbəti Əməkdar artistlər və Əməkdar incəsənət xadimləri-SİYAHI

Read Next

“İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri ölkələrimizin tarixində yeni səhifə açıb”-Diplomat

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir