“İşğal olunmuş torpaqlar Azərbaycana qayıtmır və…” – OLJAS SÜLEYMENOV – FOTO-VİDEO

DÜNYA ŞÖHRƏTLI YAZIÇI OLJAS SÜLEYMENOV HANSI NAMIZƏDƏ SƏS VERMƏYƏ ÇAĞIRDI?

Dünya şöhrətli qazax yazıçısı, ictimai-siyasi xadim Oljas Süleymenov azərbaycanlı hüquqşünas,​ hüquq üzrə bir neçə kitabın müəllifi,​ türk dünyasında tanınmış ziyalılardan biri, 114 saylı Şəki kənd birinci Seçki Dairəsindən namizədliyini irəli sürən İbrahimxəlil Balayevə dəstək bəyanatı yayıb.

Etikxeber.az-ın xəbərinə görə, o, Şəki seçicilərini İbrahimxəlil Balayevə səs verməyə çağırıb.

“Bizim xalqlarımız dostdur, bu hamıya məlumdur. Mənim Azərbaycanda yaxşı dostlarım çoxdur. Burada hamısının adını çəkməyə imkan yoxdur. Amma birinin adını çəkə bilərəm. Bu İbrahimxəlil Nəriman oğlu Balayevdir. Belə mürəkkəb uzun adı olsa da biz onu sadəcə İbrahim deyə çağırırıq.​ İbrahim bizim türkdilli respublikalara tez-tez gəlir.​

O, çox çalışır ki, bütün böyük dövlətlərə, o cümlədən – Rusiya, Çin, Birləşmiş​ Ştatlar, eləcə də​ Birləşmiş Millətlər Təşkilatına​ artıq uzun illərdir həllini tapmayan Qarabağ probleminin həllini tezləşdirmək xahişi və ya tələbinin yer alacağı müraciət qəbul edəcək ümumtürk qurultayı çağırmağa nail olsun. Artıq 30 ildir ki, ​ bu problem həll olunmur.

İşğal olunmuş torpaqlar Azərbaycana qayıtmır. İbrahim məhz​ bu problemin həll olunmasına yönəlmiş fəaliyyətlə məşğuldur. Ona mütləq dəstək lazımdır. Həm də Milli Məclisə deputat seçən Şəki sakinlərinin dəstəyi lazımdır.​ İbrahimxəlilə səs verin! Sağ olun qardaşlarım” – deyə, Oljas Süleymenovun bəynatında deyilir.

Etikxeber.az

Read Previous

Seçiciləri Naqif Həmzəyevi-ÜMİDLƏNDİRDİLƏR – FOTOLAR

Read Next

Prezident 90 yaşlı Xalq artistini-TƏLTİF ETDİ – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir