“İşğalçı Ermənistan istisna olmaqla, Azərbaycan bütün dövlətlər və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir”-ƏLİ ƏHMƏDOV

 Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu gün Azərbaycan müstəqilliyini qoruyub saxlayır, daha da möhkəmləndirir. O dövrdə müstəqillik ideyalarının carçısı və qurucusu olan insanların ideyaları, arzuları bu gün yaşayır və həyata keçirilir. Sözün əsl mənasında müstəqil Azərbaycan Heydər Əliyev ideyaları əsasında, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları tərəfindən qoyulmuş ideyaları möhkəmləndirdi, inkişaf etdirdi. Müstəqil dövlətimiz XXI əsrin ən uğurlu gənc dövlətlərindən biri kimi özünü təsdiq edib.

Həyatın bütün sahələrində böyük uğurlar qazanılır. Azərbaycan dünyanın ən inkişaf edən dövlətlərindən biridir, iqtisadi inkişaf dünyada etiraf olunur. Demokratik təsisatlar, insan hüquqları, söz və mətbuat azadlığı geniş şəkildə inkişaf edib. Bu mənada Azərbaycan dövləti və cəmiyyətimiz müasir dünyanın ayrılmaz tərkib hissəsindən birinə çevrilib.

Etikxeber.az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov deyib.

Baş nazirin müavini deyib ki, işğalçı Ermənistan istisna olmaqla, Azərbaycan bütün dövlətlər və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir.

Onun sözlərinə görə, qazanılan uğurlar yeganə problemimiz olan Dağlıq Qarabağ məsələsinin həlli, torpaqlarımızın işğaldan azad olunması üçün etibarlı zəmin yaradır.

“Bütövlükdə 100 ildən çox müddətdə müstəqillik ideyaları nəticəsində Azərbaycanın bugünkü reallıqları yaranıb. Bu reallıqlar Azərbaycanın hər bir vətəndaşının istək və arzularının ifadəsidir. Azərbaycan inkişaf edir, Heydər Əliyev ideyaları daha da möhkəmlənir, Prezident İlham Əliyevin siyasəti daha böyük nailiyyətlərin qazanılmasına əsaslar yaradır…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Penitensiar xidmətin 40 əməkdaşı ədliyyə orqanlarından xaric edilib, 2 nəfər barəsində materiallar-İSTİNTAQA VERİLİB – RƏSMİ – FOTO

Read Next

Dənizdə dalğanın hündürlüyü 4,3-METRƏ ÇATDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir