“İşğalçı ölkənin şərhində sülhdən bəhs etməsi isə riyakarlığın son həddidir…”-XİN-DƏN NÖVBƏTİ AÇIQLAMA

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən təşkil olunan qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə münasibət bildirib.

Etikxeber.az-ın xəbərinə görə, XİN-in mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, Azərbaycanın işğal olunmuş torpaqlarında təşkil olunan “andiçmə” ilə bağlı şounu Ermənistan XİN-in “demokratik proses” adlandırması bu təcavüzkar ölkənin mahiyyətini göstərməklə yanaşı, demokratiya anlayışından nə qədər uzaq olduğunu göstərir.

“Digər dövlətin beynəlxalq tanınmış ərazisini işğal edib, oradakı insanları etnik təmizləməyə məruz qoyub, insan hüquqlarını kobudcasına pozmaq müasir beynəlxalq hüquqi dildə təcavüz adlanır, demokratiya yox.

Ermənistan XİN-in istinad etdiyi “xalq” ifadəsinə gəldikdə isə, birincisi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki ermənilər xalq yox, bu bölgədə yaşayan erməni icmanı təşkil edir. İkincisi, xalqların öz müqəddəratını müəyyən etmə prinsipindən danışmaq üçün isə, Ermənistan XİN-i əvvəlcə bu prinsipin nə demək olduğunu öyrənməli, Helsinki Yekun Aktını oxumalı, daha sonra bu prinsiplərə düzgün istinadlar verməlidir.

İşğalçı ölkənin şərhində sülhdən bəhs etməsi isə riyakarlığın son həddidir. Sülhü düşünən ölkə işğalçılıq siyasəti yürütməz, sülh istəyən ölkə, danışıqlar prosesinə əngəl törətməz və nəhayət, sülhü dəstəkləyən tərəf elə sülhün özünə başlıca təhdid olmaz” – deyə, XİN rəsmisi vurğulayıb.

Etikxeber.az

Read Previous

Rüstəm Usubov da yola salındı-BAŞ PROKURORUN YENİ BİRİNCİ MÜAVİNİ VƏ MÜAVİNLƏRİ MƏLUM OLDU, BAŞ PROKURORLUQ MƏLUMAT YAYDI – YENİLƏNİB

Read Next

“Vətəndaş dövlətinə güvənir…”-MƏZAHİR ƏFƏNDİYEV YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir