İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Dövlət proqramının layihəsi hökumətə təqdim edilib-MİKAYIL CABBAROV

İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Dövlət proqramının layihəsi hazırlanaraq hökumətə təqdim edilib.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Qeyd edib ki, proqram hazırda baxılmaqdadır.

“Prezidentin müvafiq sərəncamına uyğun olaraq təkliflər paketi hazırlanıb. Vergi güzəştlərinin tətbiqi, özəl təşəbbüslərin, emal sahəsinin stimullaşdırılması üçün güzəştlərin tətbiqi, müasir bilik və bacarıqlara malik mütəxəssislərin azad edilmiş ərazilərə cəlb edilməsi, azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl tərəfdaşlığının artırılması planlaşdırılır. Yaxın tarixlərdə azad edilmiş ərazilərdə əlavə olaraq 350 iş yeri yaradılacaq. Azərbaycan dövləti postpandemiya və postkonflikt dövrünü əhatə edən strateji dövrə daxil olub. Milli iqtisadiyyatın maliyyə dayanıqlılığının daha da gücləndirilməsi istiqamətində yeni hədəflər gerçəkləşdirmək əzmindəyik. 2022-2026-ci illər sosial-iqtisadi inkişaf modelinin uğurla tətbiq edilməsi üçün təməl şərtlər işə salınacaq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

2023-cü ildə orta aylıq əməkhaqqının 898 manat olması gözlənilir-TAHİR MİRKİŞİLİ

Read Next

Elnur Əliyev Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edildi-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir