“İşğalla barışmadıq, barışmayacağıq, torpaq məsələsində güzəştə getmədik, getməyəcəyik, Şəhidlərimizin qanını yerdə qoymadıq, qoymayacağıq…Ali Baş Komandanın rəhbərliyi ilə Qələbə, Zəfər bizimlə olacaq”-KAMİLƏ ƏLİYEVA

Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Qarabağ, torpaq məsələsində bir daha Azərbaycan mövqeyini qəti və birmənalı şəkildə ifadə etdi. Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir daha işğalçı, təcavüzkar, təxribatçı və fitnəkar Ermənistanı kəskin şəkildə ittiham və ifşa etdi, onun bütün cinayətkar addımlarının, təxribatlarının qarşısının alındığını və bundan sonra da qətiyyətlə, alınacağını bəyan etdi. Xüsusilə, son günlər Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində baş verənlərə, Ermənistanın növbəti təxribatına sərt və birmənalı mövqeyini ortaya qoyaraq, onlara layiq cavab verildiyini və hər zaman da veriləcəyini açıq şəkildə vurğuladı. Bir daha Ali Baş Komandan qətiyyətini, cəsarətini, iradəsini, Azərbaycanın gücünü və qüdrətini ortaya qoydu, nümayiş etdirdi.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

“Çıxışı zamanı dövlət başçısı “Bir daha demək istəyirəm ki, görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Mən Təhlükəsizlik Şurasının toplantısında artıq demişdim ki, Azərbaycan əsgər və zabitlərinin qanı yerdə qalmamalıdır. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr əminəm ki, onlara yaxşı dərs oldu”-deyərək, bildirdi ki, son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Dövlət başçısının qeyd etdiyi kimi, həqiqətən də, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Sonra “Necə ki, 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik. İki il bundan əvvəl – 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu. Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək”-deyən dövlət başçımız onu da bildirdi ki, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi”-deyən millət vəkilinin sözlərinə görə, xalq-dövlət, xalq-iqtidar birliyini hər an, hər gün görmək mümkündür və bu birlik, bu vəhdətlik, bu həmrəylik bundan sonra da davam edəcək, heç kim, nə daxildəki, nə də onların xaricdəki havadarları, antiAzərbaycan qüvvələr bunu sarsıda, laxlada biləcək.

“Bütün təxribatçıların, bütün fitnəkarların oyunları öz başlarında çatlayacaq, çatladılacaq. Onların heç bir arzusu gerçək olmayacaq, məkrli planları, ssenariləri baş tutmayacaq. Necə ki, bu günə kimi baş tutmayıb, bundan sonra da alınmayacaq. Təxribatçılar, fitnəkarlar hamısı qanun, Azərbaycan dpvləti qarşısına cavab verməli olacaq. Xalq-dövlət-iqtidar həmrəyliyi, Azərbaycan dövlətinin gücü, Ali Baş Komandanın iradəsi imkan verməyəcək ki, kimlərsə özünü qanunlardan yuxarıda aparsın, etdikləri əməllərin cəzasından yayınsın. Bu, qəti şəkildə mümkün olmayacaq. Cənab Prezidentin də qeyd etdiyi kimi, onların hamısı məsuliyyətə cəlb ediləcək, məsuliyyətdən boyun qaçıra bilməyəcək.

Qazanan, udan yenə bizlər, Azərbaycan xalqı, Azərbaycan dövləti olacaq. Biz birlikdə bütün problemlərimizin, o cümlədən, bir saylı problemimiz, ümummilli dərdimiz olan Qarabağ münaqişəsinin müsbət və ədalətli həllinə nail olacağıq. Buna nə işğalçı və təcavüzkar Emənistan, nə illərdir ona açıq-gizli havadarlıq edənlər, nə söz oyunundan, ikili standarlar tətbiq etməkdən başqa əlindən bir iş gəlməyən ATƏT, nə Minsk qrupu, nə də digər antiAzərbaycan qüvvələr mane ola biləcək.

Biz bir xalq və dövlət olaraq, bu günə kimi, çox çətinliklərin öhdəsindən gəlmişik, çox imtahanlardan, sınaqlardan üzüağ çıxmışıq, bundan sonra da belə olacaq, qarşımızdakı bütün maneələri bir-bir aşacağıq, birdəfəlik dəf edəcəyik. Ali Baş Komandanımızın rəhbərliyi, Ordumuzun gücü, qüdrəti, rəşadəti ilə işğal faktına son qoyacağıq, bütün ərazilərimizdə, Qarabağımızda üçrəngli bayramığızı ucalardan-ucalarda dalğalandıracağıq. Çünki biz Haqq mübarizəsi aparırıq, çünki biz Haqq savaşındayıq. Bu Haqq savaşında bizim yanımızda olanlarla, bizə dəstək verənlərlə birgə bu savaşı, bu mübarizəni biirlikdə qələbə ilə sonuclandıracağıq, başa çatdıracağıq.

Yaxşı olar ki, bunu qorxaq, aciz, ona-buna yalvaran, imdad, yardım diləyən, dilənən Ermənistan və onun başabəla rəhbərliyi də, işğalçı dövlətə himayədarlq edən, Azərbaycanla bağlı məkrli niyyətləri, planları olan güclər, mərkəzlər də yaxşı anlasın, dərs, nəticə çıxarsın. Bilsinlər ki, işğalla barışmadıq, barışmayacağıq, torpaq məsələsində güzəştə getmədik, getməyəcəyik, Şəhidlərimizin qanını yerdə qoymadıq və qoymayacağıq. Ali Baş Komandanın rəhbərliyi ilə Qələbə, Zəfər bizimlə olacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

12:10, 16 iyul

Etikxeber.az

Read Previous

İyulun 20-dək 16 şəhər və rayonda ictimai nəqliyyat-İŞLƏMƏYƏCƏK

Read Next

“Bu işğal siyasətinin davam etməsi qəbulolunmazdır…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir