İŞİD növbəti dəfə Türkiyədə terrakt törətdi – 3 şəhid var – YENİLƏNİB

Türkiyənin Qaziantep şəhərində İŞİD terrorçusunun üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində 3 polis şəhid olub.

Etikxeber.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, 4 suriyalı olmaqla 8 nəfər yaralanıb.

Bir terrorçu yaralı ələ keçirilib. Polis şəhərdə daha bir “canlı bomba”nı axtarır.

***

Bu gün Türkiyənin Qaziantep şəhərində növbəti antiterror əməliyyatı keçirilib.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, şəhərin Burak məhəlləsində bir binada İŞİD terror təşkilatının Qaziantep rayonu üzrə məsul şəxs olan, rayonda terror aktlarını planlaşdıran və canlı bomba hücrələrini idarə edən Mehmet Kadir Cebel zərərsizləşdirilib.

Terrorçu qaçmaq şansı olmadığını görərək üzərindəki partlayıcı qurğunu işə salıb.  Partlayış nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları arasında tələfat, yaralı olub-olmadığı barədə hələ açıqlama verilməyib.

M. K. Cebelin həyat yoldaşı və iki övladı sağ yaxalanıb

Etikxeber.az

Read Previous

“Qafqaz Resort Hotel”i sel basıb – Hotelin işçiləri və qonaqlar təxliyyə olunub

Read Next

Prezidentə qarşı sui-qəsd planı ilə bağlı istintaqa başlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir